Həzrət Abbasın (ə) ziyarətgahına bağlı olan Cənub Yaşıl Qurşağı Bölməsi, İmam Hüseynin (ə) yaşıllıq bölgəsinin yenidən qurulması işlərinin ikinci mərhələsinin başladığını elan edib.
Az.rasthaber.com xəbər verir ki, bölmənin rəhbəri Nasir Hüseyn Mutəb bu haqda açıqlamsında deyib: “Cənub Yaşıl Qurşaq layihəsi çərçivəsində yaşıl sahələri artırmaq və ətraf mühitin davamlılığını gücləndirmək üçün İmam Hüseynin (ə) Yaşıl Zonasının yenidən qurulması işlərinin ikinci mərhələsinə start verilib.”
“İkinci mərhələ, infrastrukturun, su və enerji mənbələrinin təmin olunması kimi ilkin tikinti mərhələlərinin tamamlanmasından sonra, Kərbəlalı ailələr və İraqdan həmçinin xaricdən gələn ziyarətçi qrupları üçün xüsusi istirahət bölgələrinin qurulması və təchiz edilməsini əhatə edir.”