Yəmənin Ənsarullah hərəkatı münaqişə ilə bağlı məsləhətləşmələr və danışıqların ər-Riyad şəhərində keçirilməsini rədd ediblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Yəmənin Ali Siyasi Şurası”nın tanınmış üzvü Məhəmməd Əli əl-Husi tvitter hesabında yazıb.
O, Körfəz Əməkdaşlıq Şurası tərəfindən münaqişə ilə bağlı məsləhətləşmələrin ər-Riyadda keçirilməsi ilə bağlı təşəbbüsünü “həyasızlıq” adlandırıb və danışıqların ər-Riyadda keçirilməsini rədd edib.
O, Yəmən əhalisinin iqtisadi baxımdan da mühasirədə olduğu, neft və neft məhsullarının ölkəyə buraxılmadığını bildirib və şərt olaraq mühasirənin qaldırılmasını tələb edib.
Ənsarullah hərəkatı bundan öncə bildirib ki, "danışqların Səudiyyə Ərəbistanı paytaxtında keçirilməsi məntiqli deyil, çünki Səudiyyə Ərəbistanı birbaşa təcavüz edən dövlətdir, vasitəçi və bitərəf deyil.”