Husilər Səudiyyə Ərəbistanından atəşkəs şərtlərinə əməl etməsini istəyib və ölkədə atəşkəs rejiminin pozula biləcəyi haqda xəbərdarlıq ediblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Ənsarullah hərəkatını (husilər) danışıqlarda təmsil edən baş müzakirəçi Məhəmməd Əbdüssalam tvitter hesabında yazıb.
“Təcavüzkar koalisiyanın razılaşdırılmış uçuşlara mane olması hələ də davam edir. Bundan savayı gəmilərin gəlməsinin qarşısının alınması və kəşfiyyat təyyarələrinin Yəmən üzərində uçuşları gərginliyin azaldılmasına heç bir kömək etmir”, deyə o Səudiyyə Ərəbistanına atəşkəsin pozula biləcıyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Yəməndə tərəflər atəşkəs müddətini daha bir ay uzadıblar. İndi bu ölkədə atəşkəs üçüncü aya daxil olub.