Husilər Yəməndə atəşkəs rejiminin bitməsi haqda xəbərdarlıq edib

Husilər Yəməndə atəşkəs rejiminin bitməsi haqda xəbərdarlıq edib

“Yəməndə atəşkəs rejiminin müddəti bitmək üzrədir. Bu müddətdə təcavüzkar dövlətlər təkəbbür mövqeyindən çıxış edib, atəşkəslə bağlı razılaşmanın şərtlərinə əməl etməyiblər.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu, husiləri sülh danışıqlarında təmsil edən Məhəmməd Əbdüssalam tvitter səhifəsində yazıb.

O, dörd aylıq atəşkəs rejiminin müddətinin bitmək ərəfəsində olduğunu deyib və onun artırılmaması ilə bağlı xəbərdarlıq edib.

Əbdüssalamın sözlərinə görə Səudiyyə Ərəbistanı koalisiyası təkəbbür edərək, atəşkəsin şərtlərinə əməl etməyib.

“Yəmənə yanacaq gətirən 36 gəmidən 24-ü buraxıldı. Onlar 20 gün saxlanıldı. Bu da xərclərin armasına səbəb oldu. Uçuşların iki istiqamətindən biri həyata keçmədi. 32 uçuşdan 18-i həyata keçdi”, deyə husilərin sözçüsü gələn atəşkəs müddətinin baş tutmayacağı ilə bağlı xəbərdarlıq edib.

Xəbəri paylaş

VİDEOLAR