Husilər Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhədində yerləşən əl-Həcca əyalətində irəlilədiklərini bildiriblər.
İslamazeri.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə “Yəmən Silahlı Qüvvələri” (husilər) bəyanat verib.
Bildirilib ki, “əl-Həcca əyalətinin Səudiyyə Ərəbistanı sərhədi zolağında yerləşən Hiran və Bəni-Həsən rayonlarında aparılan əməliyyat çərçivəsində 11 kənd geri alınıb.”
Əlavə edilib ki, “bu əməliyyatda Səudiyyə Ərəbistanı, Sudan qüvvələri və muzdurlar 200-dən çox itki və yaralı verib.”
Qeyd edək ki, Yəməndə 2014-cü ildə başlayan daxili qarşıdurma, Səudiyyə Ərəbistanı koalisiyasının bir il sonra (2015-ci ilin mart ayı) bu ölkədə hərbi müdaxilə etməsilə daha da şiddətlənib. Hazırda Yəməndə "Milli Qurtuluş Hökuməti"nin (husilər) nəzarətində olan və ölkə əhalisinin çoxunun məskunlaşdığı 13 əyalət hava, quru və sudan Səudiyyə Ərəbistanı hərbi koalisiyasının mühasirəsindədir.