Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi cümə axşamı günü vurğulayıb ki, Yəmən silahlı qüvvələri zalım düşmənin qarşısını alacaq.
Əl-Məsirə xəbər şəbəkəsi Yəmən rəsmisinə istinadən yazıb:
"Bu gün Yəmənə qarşı beynəlxalq fitnəkarlıq, çirkin planlar təkcə bu ölkənin ərazisi ilə məhdudlaşmır, bütün İslam ümmətini hədəf alır".
O, həmçinin təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına daxil olan ölkələrə xəbərdarlıq edib:
"Ölkəmizi işğal edənlərə deyirik ki, siz nə qədər ölkəmizi işğal etməyə, millətimizi mühasirədə saxlamağa davam etsəniz, bir o qədər ağır, böyük, ağrılı cavab alacaqsınız!"