İranın xarici işlər naziri livanlı həmkarının rəsmi dəvəti ilə cümə axşamı axşam saatlarında Beyruta gəlib.
Rasthaber Azərbaycan xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Livanın Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah Beyrutda görüş keçirib.
Görüş zamanı Livan, Fələstində baş verən son hadisələr və siyasi vəziyyət, həmçinin regional və beynəlxalq hadisələr müzakirə edilib.
Əmir Abdullahyan cümə günü səhər saatlarında Livanın xarici işlər naziri Abdullah Bu Həbib, baş nazir Nəcib Mikati, parlamentin sədri Nəbih Berri və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nahala ilə ayrı-ayrılıqda görüşlər keçirib.
İranın xarici işlər naziri livanlı həmkarının rəsmi dəvəti ilə cümə axşamı axşam saatlarında Beyruta gəlib.