İslam İnqilabının Rəhbəri çıxışı zamanı deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xamenei bu gün bir televiziya çıxışında korona xəstəliyinin tüğyanı və vəziyyəti barədə belə deyib: "Gün ərzində beş yüzdən çox insanın həyatını itirməsi və ailələrinin ürəklərinə dağ çəkilməsi, həmçinin on minlərlə nəfərin xəstəliyə yoluxması və onların müalicə problemləri həqiqətən olduqca ağrılıdır və hər bir müsəlmanın və həmvətənin ürəyi bu hadisədən alovlanır. Buna görə, bu vəziyyətlə mübarizə üçün müəyyən vəzifələrimiz var."
Ayətullah Xamenei ölkə prezidentinin təkliflərin toplanması və onların barəsində qərarçıxarma üzrə bir həftəlik möhlətini yaxşı hərəkət adlandıraraq deyib: "Təyin edilmiş zamanda məsələnin cavabı diqqətlə nəzərdən keçirilisin və lazım olan hər bir addım üçün qətiyyətlə qərar çıxarılsın və ona əməl edilsin."
İslam İnqilabının Rəhbəri həmçinin müalicə kadrının kəskin yorğunluğu və onlara düşən ruhi və cismani təzyiqləri böyük bir nigarançılıq adlandırıb: "Doğrudan da cihad etməkdə olan həkimlərə, şəfqət işçilərinə və müalicə məcmuələrinə səmimi qəlbdən təşəkkür edirəm, hərçənd əsas təşəkkür, şükr eləyən və agah Allah-Taalaya aiddir."
Xəstəliyin aşkar edilməsi testlərinin genişləndirilməsi vacibliyinə təkid edən Ayətullah Xamenei vurğulayıb ki, dövlət və sığorta şirkətləri xəstəliyin aşkar edilməsi və diaqnoz testlərinin pulsuz və geniş şəkildə bütün xalqın ixtiyarına qoyulmasına yardım etsinlər.
İslam İnqilabınınRəhbəri rəsmi şəxslərə olan sonrakı tövsiyələrində vaksinin geniş şəkildə təmin edilməsi məsələsinə təkid edərəm sözlərinə belə davam edib: "İstər idxal, istərsə də daxili istehsal yolu ilə vaksin ikiqat səylə və mümkün olan hər bir formada təmin edilərək, bütün xalqın ixtiyarına qoyulmalıdır."
Ayətullah Xamenei xəstəliklə mübarizənin ilk aylarında silahlı qüvvələrin ciddi və güclü iştirakına toxunaraq bildirib ki, silahlı qüvvələr hazırda da məşğuldurlar, amma var güclərilə xalqın köməyinə gəlməlidirlər.
İslam İnqilabının Rəhbəri çıxışlarının digər bir hissəsində xalqa xitabən, problemin bir hissəsinin səhiyyə protokollarına riayət etməməkdən irəli gəldiyini bildirib və belə vurğulayıb: "Əziz xalqımız məhz ilk aylarda olan həssaslıqla səhiyyə protokollarına tam şəkildə riayət etsinlər ki, özləri və başqalarının həyatları və sağlamlıqları təhlükəyə düşməsin."
Ayətullah Xamenei digər tövsiyələrdə Həzrət Seyyiduşşuhəda(ə)-ın əzadarlıq məclislərini ilahi rəhmətin cəlbi və bərəkət mənbəyi adlandıraraq vurğulayıb: "Xalqın və ölkənin bu bərəkətli məclislərə ehtiyacı var, amma onların keçirilməsində səhiyyə protokollarına tam diqqətlə və möhkəm şəkildə riayət edilməlidir."
"Hüseyn məclislərinin xəstəliyin yayılmasına və müxaliflərlə düşmənlərin tənə mənbəyinə səbəb olmasına yol verməyin.", - deyə o sonda bildirib.