Human Rights Watch hesabat yaydı: İsrail irqçilik edir

Human Rights Watch hesabat yaydı: İsrail irqçilik edir

Təşkilatın mütəxəssislərinin fikrincə, İsrail milyonlarla fələstinlini təməl hüquqlardan məhrum edib.

Rasthaber Azərbaycan xəbər verir ki, nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” (HRW) dərc etdiyi hesabatda ilk dəfə olaraq açıq şəkildə İsraili irqçi siyasətində ittiham edib.

Sənəddə deyilir ki, İsrail aparteid rejiminə xas olan cinayətlər törətməyə və işğal altında saxladığı Fələstin torpaqlarında fələstinlilər üzərindəki hökmranlığa yönəlmiş təqibləri davam edir.

Təşkilatın mütəxəssislərinin fikrincə, İsrail milyonlarla fələstinlini təməl hüquqlardan məhrum edib.

HRW İsraili fələstinlilərin hesabına yəhudiləri imtiyazlarla təmin etdən bütün növ sistematik təzyiq və diskriminasiyalardan imtina etməyə və yəhudilərin hökmranlığının təminatı üçün fələstinlilərə qarşı törədilən bütün digər hüquq pozuntularına son verməyə çağırıb.

Təşkilat ölkə liderlərini fərdi və ya kollektiv halda ictimai şəkildə İsrailin bu cinayətlərini qınamağa səsləyib.

Beynəlxalq cinayət tribunalına isə İsrailin bu cinayətlərini araşdırmaq çağırışı edilib.

Xəbəri paylaş

VİDEOLAR