Həsən Ruhani İlham Əliyevə telefonla zəng edib

Həsən Ruhani İlham Əliyevə telefonla zəng edib

Həsən Ruhani İlham Əliyevə telefonla zəng edib

Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Həsən Ruhani İlham Əliyevlə telefon danışığında Azərbaycanın yaxşı qonşu olduğunu önə çəkərək “Bütün İran xalqının Azərbaycan Respublikası ilə çox yaxın tarixi, mədəni və dini münasibətləri vardır. İki dost və qardaş ölkə İran və Azərbaycan dövlətləri və xalqlarının hər zaman bir-birilərilə əlaqələri yaxşı və yaxın olmuşdur. İranlı rəsmilərin Qarabağ probleminə mövqeləri açıq və dəqiqdir.”, – deyə bildirib.

Ruhani, Azərbaycan və Ermənistan arasındakı toqquşmalarda şəhərlərin hədəf alınmasının narahatedici olduğunu qeyd edərək deyib: “Ümid edirəm ki, bu toqquşmalar şəhərlərin hədəf alınması ilə nəticələnməz.”

Azərbaycan və Ermənistan arasındakı toqquşmaların tez bir zamanda dayandırılmasının lazım olduğunu qeyd edən Ruhani “Tehran, Bakı və Yerevan arasında ixtilafları beynəlxalq qanunlar və qaydalara uyğun olaraq sərhədlərin qorunması çərçivəsində həll etmək üçün addım atmağa hazırdır”, -deyə əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyev də bu görüşdə, İranlı həmkarı Ruhani ilə telefon danışığında İranlı rəsmilərin konstruktiv mövqeyini, Tehranın bu problemin həll edilməsinə və Azərbaycanın torpaq bütünlüyü və suverenliyinə verdiyi önəm üçün təqdir etdiyini bildirib.

Azərbaycan Prezidenti İranın təhlükəsizliyinin Azərbaycanın təhlükəsizliyi hesab etdiyini qeyd edərək bu münaqişənin qonşu ölkələr üçün təhlükə yaratmayacağını vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəni işğaldan azad edib.

Azərbaycan Prezidenti qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhəd boyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək uğurlu inkişafı ilə bağlı məsələləri müzakirə edib və əlaqələrimizin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR