Həsən Nəsrullah və Fələstin müqaviməti liderləri arasında KRİTİK GÖRÜŞ

Həsən Nəsrullah və Fələstin müqaviməti liderləri arasında KRİTİK GÖRÜŞ

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nahale və HƏMAS Siyasi İdarəsinin rəis müavini Salih Əl Aruri ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nahale və HƏMAS Siyasi İdarəsinin rəis müavini Salih Əl Aruri ilə görüşüb.

Görüş zamanı Fələstindəki hadisələr və Livanın cənubundakı vəziyyət müzakirə edilib.

Əl Manar TV-nin məlumatına görə, görüşdə Qəzzada “əsl qələbəyə nail olmaq” üçün nə edilməli olduğu müzakirə edilib.

Xəbərdə tərəflərin üç müqavimət hərəkatı arasında koordinasiyanın davam etdirilməsi və hadisələrin gündəlik müzakirəsi mövzusunda razılaşdıqları qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR