Həşdi Şabi və İraq federal polisi İŞİD-ə qarşı birgə əməliyyat keçirib

Həşdi Şabi və İraq federal polisi İŞİD-ə qarşı birgə əməliyyat keçirib

İraqın Həşdi Şabi qüvvələri Samirra bölgəsində İraq federal polisi ilə birgə təhlükəsizlik əməliyyatı başlatdıqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, əməliyyatın məqsədinin İŞİD terror təşkilatının Samirradakı varlığına son qoymaq olduğu bildirilib.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandığını elan edib.

Bununla belə, İŞİD-in bölgədən qovulmasından və şəhərlərin geri alınmasından 6 il ötür, qruplaşmanın hücumları xüsusilə Kərkük, Diyalə, Mosul, Səlahəddin və Ənbar əyalətlərinin kənd yerlərində davam edir.

Xəbəri paylaş

VİDEOLAR