Həşdi Şabi Suriya sərhədində İŞİD-ə qarşı əməliyyat keçirib

Həşdi Şabi Suriya sərhədində İŞİD-ə qarşı əməliyyat keçirib

Həşdi Şabi qüvvələri İraq-Suriya sərhədində bəzi bölgələri İŞİD terrorçularından təmizləmək üçün əməliyyata başlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, İraqın Həşdi Şabi Təşkilatı Ənbar vilayətinin qərbində İŞİD terrorçularına qarşı yeni əməliyyatın başladığını bildirib.

Bu əməliyyatın əsas məqsədinin Ənbar bölgəsini terrorçu ünsürlərdən təmizləmək olduğu qeyd edilib.

Mətbuat mənsublarına açıqlama verən Həşdi Şabi Ənbar Əməliyyatları Komandanı Qasım Muslih deyib:

"Bölgədəki terror hücrələri məhv edilənə qədər əməliyyatlarımız davam edəcək".

İŞİD terror təşkilatı 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini bütünlüklə, Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

Xəbəri paylaş

VİDEOLAR