Həşdi Şabi qüvvələri Bağdadın şimal bölgəsində İŞİD terror təşkilatının qalıqlarına qarşı yeni əməliyyata başlayıb.
Az.rasthaber.com xəbər verir ki, İraq mediasının məlumatına görə, Həşdi Şabi qüvvələri Bağdadın şimalındakı Əl Tərmiyə bölgəsində İŞİD terror təşkilatının qalıqlarına qarşı yeni əməliyyata başlayıb.
Qeyd olunub ki, bu səhər həyata keçirilən əməliyyatın əsas məqsədi Əl-Tərmiyə bölgəsinin terrorçu ünsürlərdən təmizlənməsidir.
İŞİD terror təşkilatı 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini bütünlüklə, Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.