Həşdi-Şabi İŞİD-ə qarşı yeni əməliyyat keçirib

Həşdi-Şabi İŞİD-ə qarşı yeni əməliyyat keçirib

İraqın Həşdi Şabi Təşkilatından verilən yazılı açıqlamada, Ramazan bayramı öncəsi Ənbar vilayətinin qərb səhrasında İŞİD terror təşkilatına qarşı əməliyyatın başladığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, bu gün həyata keçirilən əməliyyatın əsas məqsədi Ənbar bölgəsinin terrorçu ünsürlərdən təmizlənməsidir.

İŞİD terror təşkilatı 2014-cü ildə İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandığını elan edib.

Qeyd edək ki, təxminən 6 il keçməsinə baxmayaraq, bu əyalətlərin kənd yerlərində təşkilatın hücumları davam edir.

Xəbəri paylaş

VİDEOLAR