Həşdi Şabi: İŞİD-in təhlükəli planı alt-üst edildi

Həşdi Şabi: İŞİD-in təhlükəli planı alt-üst edildi

İŞİD terror təşkilatının İraqın qərbindəki əl-Ənbar vilayətində həyata keçirməyə çalışdığı təhlükəli plan Həşdi Şabi qrupları tərəfindən məhv edilib.

Az.rasthaber.com xəbər verir ki, Həşdi Şabi müqavimət qruplaşmasının Əl-Ənbar vilayətindəki əməliyyatlarının komandiri Qasim Muslih, İŞİD terror təşkilatının ölkənin qərbindəki Əl-Ənbar vilayətində həyata keçirməyə çalışdığı təhlükəli planın iflasa uğradıldığını bildirib.

Komandir Muslih vurğulayıb ki, Həşdi Şaabi bu vilayətin təhlükəsizliyi və sabitliyi üçün əllərindən gələni edəcəklər.

2014-cü ildə İŞİD İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

Xəbəri paylaş

VİDEOLAR