İraq Nücəbə Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi bildirib ki, Həşdi Şabi böyük dövlətlərin İraqı işğal etmək planını məhv edib.
Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, İraq Nücəbə Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi Həşdi Şabinin yaranmasının ildönümü münasibətilə paylaşım edib.
Şeyx Əkrəm Əl-Kəbi paylaşımında Həşdi Şabinin yaranmasının ildönümünü təbrik edib və bu ifadələrdən istifadə edib:
"Bu mübarək gündə böyük dövlətlərin İraqı parçalayıb işğal etmək, iraqlı uşaqların soyqırımına külli miqdarda vəsait xərcləməklə terror təşkilatlarına müxtəlif dəstək vermək planları iflasa uğradı.
Onların cəhdləri boşa çıxdı və onlar öz qurduğu tələyə özləri düşdülər".
Şeyx Əkrəm Əl-Kabi paylaşımında qeyd etdib ki, bu dəyərli nailiyyət bütün dünya üçün bir mesajdır:
"Bütün dünya bilməlidir ki, qeyrətli İraq qəhrəmanları həmişə ABŞ və sionizmin yaratdığı terror dalğaları qarşısında dayanacaq, təkfirçilərə qarşı sipər olacaqlar".
Nücəbə Hərəkatının baş katibi həmçinin, İranın terrorla mübarizədə İraqın yanında olmasını təqdir edib.