Hörmüz boğazında İsrailə gedən yük gəmisi ələ keçirilib

Hörmüz boğazında İsrailə gedən yük gəmisi ələ keçirilib

Amerika mediası Hörmüz boğazı yaxınlığında İsrailə aid yük gəmisinin ələ keçirildiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Amerika mediası Hörmüz boğazı yaxınlığında İsrailə aid yük gəmisinin ələ keçirildiyini açıqlayıb.

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatına (UKMTO) görə; Hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ərəb dənizindəki Fuceyra limanından 50 mil şimal-şərqdə baş verib.

İran mediası İnqilab Keşikçiləri Korpusunun İsraillə əlaqəsi olan Portuqaliya bayraqlı gəmini ələ keçirdiyini yazıb.

Associated Press xəbər verir ki, Portuqaliya bayraqlı MSC Aries gəmisi sionist iş adamı Eyal Oferin idarə etdiyi Zodiac Maritime şirkəti ilə bağlıdır.

Xəbəri paylaş

VİDEOLAR