Həmas bəyan edib ki, Qəzza zolağında atəşkəsə nail olmaq və sionist İsrailin qoşunlarını oradan çıxarması üçün ciddi şəkildə çalışır.
Az.rasthaber.com xəbər verir ki, adının açıqlanmasını istəməyən HƏMAS rəsmisi Anadolu agentliyinə bildirib ki, Parisdəki danışıqlarda gündəmə gələn təkliflə bağlı Həmas heyəti Misirin paytaxtı Qahirəyə gedib, Misir və Qətər rəsmiləri ilə görüşlər keçirib. .
HƏMAS-ın atəşkəs və sionist İsrail əsgərlərinin bütün Qəzzadan çıxarılmasını təmin edəcək razılaşmanın əldə edilməsi üçün ciddi şəkildə çalışdığını qeyd edən rəsmi, razılaşmanın tarixinin müəyyən edilmədiyini bildirib.
Misir mətbuatı bu gün İsrailin oktyabrın 7-dən hücumlarını davam etdirdiyi Qəzza zolağında atəşkəsin yaradılması üçün danışıqlarda iştirak edən tərəflərin Misirin paytaxtı Qahirəyə çatdığını açıqlayıb.