HƏMAS Müqavimət Hərəkatının rəsmilərindən biri Yəhya Sinvarın şəhid olduğujnu təsdiqləyib
Rasthaber Azərbaycan xəbər verir ki, cümə günü İslami Müqavimət Hərəkatı HƏMAS, Rəfahın Təl əl-Sultan məhəlləsində sionist qüvvələrlə silahlı toqquşmada siyasi büro rəhbəri Yəhya Sinvarın şəhid olduğunu elan edib.
HƏMAS-a bağlı “Palinfo” xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Əl-Həyya Rəfahda işğalçı qüvvələrlə toqquşmada komandir Sinvarın qəhrəmancasına şəhid olduğunu təsdiqləyib.
“Sinvar HƏMAS Hərəkatının banisi Əhməd Yasin kimi böyük şəhidlər karvanının davamıdır. Şəhidlərin qanı bizim yolumuzu işıqlandırır, müqavimət və sabitlik üçün bir motivasiya olacaq.”, -deyə Xəlil Əl-Həyya bildirib.