HƏMAS: Ya əsirlər, ya da müharibə

HƏMAS: Ya əsirlər, ya da müharibə

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında əsir saxlanılan iki israillinin şəklini paylaşaraq, "İsrail seçim etməlidir. Ya əsir, ya da müharibə" deyib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail Qəzza zolağının fasiləsiz bombardmanını davam etdirərkən, İsrail və HƏMAS arasında atəşkəs və məhbus razılaşması danışıqları Misir və Qətər vasitəsilə davam edir.

Razılaşma üçün HƏMAS İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılmasını, köçkünlərin qeyd-şərtsiz Qəzzadakı evlərinə qayıtmasını, hərtərəfli yenidənqurma işlərini, blokadanın sona çatmasını və əsas humanitar yardımın təmin edilməsini tələb edir, lakin İsrail ordusu geri çəkilmir.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bu gün Qəzza zolağında əsir saxlanılan 2 İsrail vətəndaşının görüntüsünü paylaşıb.

Bəyanatda deyilib:

"İsrail seçim etməlidir. Əsirlər və ya müharibə. Rəfaha daxil olmaq əsirlərin döyüşdə ölməsi ilə nəticələnəcək. Rəfaha girmək qaçırılanların ölməsinin başqa bir yolu olardı. İsrail məhbusları seçməlidir".

Xəbəri paylaş

VİDEOLAR