Fələstinin “Həmas” və “İslami Cihad” müqavimət hərəkatları İraqdakı “Kətaib Hizbullah”ın komandirlərindən olan “Əbu Baqir əs-Səadi”nin ABŞ-ın təşkil etdiyi terror aktında şəhid olmasını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin bu iki müqavimət hərəkatı Amerikanın regionda gərginliyi daim artırdığını və sionist rejimi məhv etmədən regionda sülh və sabitliyin əldə edilə bilməyəcəyini vurğuladılar.
HƏMAS-ın verdiyi bəyanatda bu ifadələr yer alıb:
“ABŞ-ın çərşənbə günü axşam saatlarında Bağdadı hədəfə aldığı hücumunu İraqın suverenliyinin pozulması və işğalçı sionist rejim və onun ekspansionist layihələrinə xidmət üçün həyata keçirilən hücum kimi görürük”.
Bu hərəkat İraq xalqına başsağlığı verib və bu açıqlamaları verib: “ABŞ prezidenti Bayden administrasiyasını nasistlərin Fələstin xalqına qarşı müharibə və soyqırımını dəstəklədiyi üçün bölgədə gərginliyin artmasına görə məsuliyyət daşıyırıq".
İslami Cihad Hərəkatı da öz bəyanatında qeyd edib: “Biz vurğulayırıq ki, ABŞ hökuməti xalqımıza və millətimizə qarşı aqressiv yanaşması ilə regionda münaqişəni qızışdırmaq, sionist rejimi qorumaq və Fələstin xalqına qarşı müharibəyə dəstək verməkdir".
İraq mənbələri çərşənbə günü axşam saatlarında naməlum pilotsuz uçuş aparatlarının Bağdadın şərqində mülki avtomobilə hücum etdiyini, daha sonra isə bəzi KİV-lər çoxlu sayda insanın şəhid olduğunu bildirib.
Yayımlanan bu xəbərlərdən bir saat sonra İraqın Kətaib Hizbullah müqavimət hərəkatı bəyanat yayıb və ABŞ-ın bu terror hücumunda Həşd əş-Şaabinin yüksək səviyyəli komandirlərindən Əbu Bəkr əs-Sədinin şəhid olduğunu bildirib.