HƏMAS üzvü: Həbsdə olan sionistlərin 70%-i öldürülüb

HƏMAS üzvü: Həbsdə olan sionistlərin 70%-i öldürülüb

Həmas Siyasi Bürosunun üzvü İsrail rejiminin bombardmanları nəticəsində çoxlu sayda sionist məhbusun həlak olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS Hərəkatının İslam və Ərəb Əlaqələri Bürosunun rəhbəri Halil əl-Hayye Livanın əl-Mənar televiziyasına verdiyi açıqlamada israilli məhbusların çoxunun öldürüldüyünü bildirib.
Əl-Hayyə, Qəzzaya edilən hücumdan 8 ay keçməsinə baxmayaraq, düşmən bütün cinayətlərinə və Amerikanın köməyinə baxmayaraq müqaviməti məhv edə bilmədiyini deyib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Həmas rəsmisi vurğulayıb ki, müqavimət uzun müddət və aylarla işğalçı sionistlərə qarşı mübarizəni davam etdirə və öz xalqını müdafiə edə bilər.
Xəlil əl-Hayye həmçinin bildirib ki, müqavimət öz zədələnmiş imkanlarının bir hissəsini bərpa edib və imkanları daxilində müxtəlif şərtlərə uyğunlaşa bilir.
"Məqsədimiz əsirlərimizi israilli əsirlərlə dəyişmək barədə razılığa gəlməkdir”, - deyən Əl-Hayye bəyan edib ki, sionist düşmən hərbi güc tətbiq edərək əsirlərini azad etmək istəyir, lakin bombardmanlar zamanı əsirlərinin 70%-ni öldürüb.
Sionistlərə qarşı açılan cəbhələrə toxunan əl-Həyye qeyd edib ki, Yəmən, Livan və İraq cəbhələri öz hücumlarını dayandırmaq üçün Qəzzəyə hücumların dayandırılmasını şərt kimi irəli sürürlər.
HƏMAS rəsmisi əlavə edib ki, bölgədəki müqavimət qüvvələri ilə görüşəndə mübarizə və danışıqların bir olduğunu vurğulayıblar.
HƏMAS-ın əvvəlki tələblərini təkrarlayan əl-Hayye, danışıqlarda məqsədlərinin hücumları tamamilə dayandırmaq, İsrail əsgərlərini Qəzza zolağından tamamilə çıxarmaq və daha sonra əsir mübadiləsi razılaşmasına nail olmaq olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR