HƏMAS: Təl-Əviv Universitetində fələstinli tələbələrə edilən hücum terrordur

HƏMAS: Təl-Əviv Universitetində fələstinli tələbələrə edilən hücum terrordur

İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasım, işğal polisi və ifrat sağçı sionist tələbələrin Təl-Əviv Universitetində fələstinli tələbələrə hücumunu irqçi hücum və ifadə azadlığına qarşı zorakılıq adlandırıb.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, HƏMAS sözçüsü hadisə ilə bağlı mətbuata açıqlamasında, sözügedən hücumun sionist işğalı altında yaşamaq məcburiyyətində qalan Fələstin xalqına qarşı 74 ildir davam etdirilən planlaşdırılmış terror siyasətinin davamı olduğunu bildirib.

O, bütün zülm və zorakılıqlara baxmayaraq, Fələstin xalqının milli kimliyini qorumaq, işğalın zülmündən xilas olana qədər müqavimət və inqilab yoluna davam etməkdə qərarlı olacağını bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında İsrail işğalçı qüvvələri 1948-ci ildə Fələstinin işğal olunmuş bölgəsində yerləşən Tel-Əviv Universitetində ifrat sağçı olaraq xarakterizə edilən yəhudi tələbələrin dəstəyi ilə fələstinli tələbələrə hücum edib.

Xəbəri paylaş

VİDEOLAR