HƏMAS Səud rejiminin hərəkat üzvlərinin həbsini və mühakiməsini pisləyib.
Rasthaber Azərbaycan xəbər verir ki, Fələstin Müqavimət Hərəkatı HƏMAS-ın mətbuat katibi Hazim Qasim, Səudiyyə Ərəbistanının Fələstin Həmas Hərəkatı üzvlərinin həbsini və mühakiməsini pisləyib.
"Bu insanlara məhkəmədə hörmət edilməlidir. Səudiyyə Ərəbistanı millətçiliyin simvolu olan Fələstin liderlərini azad etməsini istəyirik"- deyə Hazim Qasim bildirib.
Fələstin rəsmisi daha sonra deyib: "Bütün ərəb və İslam ölkələri bu cür məhkəmələr quraraq müqaviməti zəiflətmək əvəzinə Fələstin müqavimətini gücləndirməlidir"
Həmas Hərəkatı 9 sentyabr 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə "əlaqələrin idarə edilməsi" üçün məsul olan və 20 ildir bu işi görən Məhəmməd əl-Hudari və oğlunun həbs olunduğunu elan edib.
Qərargahı Cenevrədə yerləşən Avro-Aralıq dənizi İnsan Hüquqları Mərkəzi də 6 sentyabr 2019-cu ildə Səudiyyə Ərəbistanının Hudari başda olmaqla 60 fələstinlini səbəbsiz saxladığı haqqında məlumat vermişdi.