"Naftali Bennett koalisiyasının dağılması sionist İsrailin və bu rejimin daxili strukturunun zəifliyinə işarədir"
Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Fevzi Bərhum Bennett və Lapidin erkən seçki qərarını dəyərləndirib.
Bərhum deyib:
"Bu hadisə göstərdi ki, xalqımızın müqaviməti və müqavimət qruplarının gücü rejimin öz məqsədlərinə çatmasının qarşısını almaqda müvəffəq olub".
Sionist rejim mediasının məlumatına görə, 2021-ci ilin iyununda yarandığı ilk gündən 8 ayrı partiyadan ibarət koalisiyanın kövrək strukturu və ideoloji parçalanmalar səbəbindən bu hadisə heç də təəccüb doğurmayıb.
Qeyd edək ki, İsrail rejiminin baş naziri Naftali Bennett və onun koalisiya tərəfdaşı və xarici işlər naziri Yair Lapid dünən (20 iyun bazar ertəsi) işğalçı rejimin parlamenti olan Knesseti buraxaraq erkən seçkilərin keçirilməsinə qərar verib.