28.03.2022 11:35:10
İslami Müqavimət Hərəkatı (Həmas) dünən axşam saatlarında 1948-ci ildə Fələstinin işğal olunmuş bölgəsindəki Hadirə şəhərində həyata keçirilən fədakarlıq aksiyasını təbrik edərək, bunun, sionist düşmənin fasiləsiz qətl və cinayətlərinə təbii cavab olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Həmas hadisə ilə bağlı açıqlamasında bildirib:
"Sionist işğalçı əsgərlərə qarşı qəhrəmancasına keçirilmiş aksiyanı təbrik edir, bunun işğala, sionistlərin xalqımıza və onun müqəddəslərinə qarşı törətdiyi cinayətlərə qanuni və təbii cavab olduğunu vurğulayırıq".
HƏMAS bəyanatında, şəhidlərin intiqamını almaq və işğalın düşmənçiliyi və terroruna cavab vermək üçün hərəkətə keçən bu fəalların qəhrəmancasına cəhdlərini mənalı gördüklərini ifadə edib.
O, Fələstin xalqının, öz vətənini və müqəddəslərini qorumaq yolunda irəliləməyə davam edəcəyini, və bunun azadlıq və Fələstin xalqının öz vətəninə qayıdışına qədər davam edəcəyini bildirib.
Xatırladaq ki, 1948-ci ildə işğal olunmuş bölgənin şimalında yerləşən Əl-Hədirə şəhərində, dünən axşam saatlarında keçirilən əməliyyatda iki işğalçı öldürülüb, ikisi polis olmaqla 6 işğalçı yaralanıb.