HƏMAS: Rəfaha hücum işğalçıların razılaşmanı pozmaq niyyətini göstərir

HƏMAS: Rəfaha hücum işğalçıların razılaşmanı pozmaq niyyətini göstərir

HƏMAS dünən bəyanat yayaraq sionist rejim ordusunun Qəzzə zolağının cənubunda Rəfah şəhərinin şərqinə hücumunu pisləyib və bunu sionist rejimin iki tərəf arasında mümkün atəşkəs razılaşmasını pozmaq niyyətinin ifadəsi kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın bəyanatında bildirilir: “İşğalçı ordunun Misirlə sərhəd-keçid məntəqəsi olan Rəfaha hücumu beynəlxalq hüquqla qorunan mülki mərkəzə qarşı gərginliyin təhlükəli şəkildə artırılmasıdır və bu hərəkətdə məqsəd Qəzzə zolağında bu keçidi bağlamaq və fövqəladə yardımın keçməsinin qarşısını almaqla bölgədəki humanitar böhranı daha da gücləndirməkdir.”

HƏMAS vurğulayıb: “HƏMAS-ın vasitəçilərin təklifi ilə razılaşdığını elan etməsindən sonra birbaşa baş verən bu cinayət Netanyahunun və onun ifrat kabinetinin şəxsi maraqlarına uyğun olaraq, atəşkəs və əsirlərin azad edilməsinə nail olmaq məqsədilə vasitəçilərin səylərini pozmaq üçün işğalçıların məqsəd və niyyətini ortaya qoyur.”

Bəyanatın davamında bildirilir: “Biz Amerika hökumətini və beynəlxalq ictimaiyyəti Rəfahda və bütün Qəzzə zolağında yüz minlərlə məcburi köçkün dinc sakinin həyatını təhdid edən gərginliyin artmasını dayandırmaq üçün işğalçı rejimə təzyiq göstərməyə çağırırıq.”

Xəbəri paylaş

VİDEOLAR