HƏMAS: Qəzzada uşaqların aclıqdan ölməsi bəşəriyyət üçün utancvericidir!

HƏMAS: Qəzzada uşaqların aclıqdan ölməsi bəşəriyyət üçün utancvericidir!

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS Səhiyyə Nazirliyinin Qəzza və şimaldakı digər şəhərlərdə qida çatışmazlığı və aclıq səbəbiylə təxminən 13 uşağın şəhid olduğunu açıqladıqdan sonra açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın verdiyi bəyanatda bu ifadələr yer alıb:

“Uşaqların aclıqdan ölməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) və beynəlxalq ictimaiyyətin uşaqları aclıqdan qorumaq vəzifəsində uğursuzluğunun bəyanıdır.

Bu, bəşəriyyət üçün ayıbdır və müasir dövrdə təhlükəli presedentdir. BMT və beynəlxalq yardım təşkilatlarını Qəzzada, xüsusən də şimalda olan mülki vətəndaşları və uşaqları xilas etmək üçün təcili tədbirlər görməyə çağırırıq.

Fələstin xalqına qarşı soyqırım və etnik təmizləmə həyata keçirən, humanitar dəyərlərə və beynəlxalq hüquqa məhəl qoymayan İsrailin göstərişlərinə boyun əyilməməli, Qəzzaya tibbi və ərzaq yardımı ən qısa zamanda çatdırılmalıdır”.

Xəbəri paylaş

VİDEOLAR