HƏMAS: Qəzza üçün özünü yandıran ABŞ pilotunun ölümünə görə ABŞ məsuliyyət daşıyır

HƏMAS: Qəzza üçün özünü yandıran ABŞ pilotunun ölümünə görə ABŞ məsuliyyət daşıyır

HƏMAS Qəzza zolağında törədilən “soyqırım”a qarşı çıxmaq üçün sionist rejimin Vaşinqton səfirliyi qarşısında özünü yandıran əsgərin ölümünə görə ABŞ prezidenti Co Bayden administrasiyasını məsuliyyətli hesab edib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-dan verilən yazılı açıqlamada bildirilib:

"ABŞ prezidenti Bayden administrasiyası Fələstin xalqına qarşı apardığı soyqırım müharibəsində sionist struktura (İsrail) dəstək verən siyasətə görə ABŞ Hərbi Hava Qüvvələrinin pilotu Aaron Bushnell-in ölümünə görə tamamilə məsuliyyət daşıyır". 

Bəyanatda Buşnellin Qəzza zolağında Fələstin xalqına qarşı "sionist qırğınlar və etnik təmizləmə"nin işıqlandırılması üçün "həyatını fəda etdiyi" bildirilib və Buşnellin ailəsi və dostlarına başsağlığı və həmrəylik diləyib.

ABŞ Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmətdə olan 25 yaşlı Aaron Bushnell Qəzzadakı soyqırıma etiraz etmək üçün Vaşinqtondakı İsrail səfirliyi qarşısında başına benzin tökərək özünü yandırıb.

Özünü yandırmasının videosunu canlı yayımlayan amerikalı pilot xəstəxanaya aparıldıqdan sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR