HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Hüsam Bedranın Əqsa tufanı ilə bağlı mətbuata açıqlaması HƏMAS Hərəkatının rəsmi internet saytında dərc olunub.
Az.rasthaber.com xəbər verir ki, Bedran açıqlamasında deyib:
"əməliyyat İsrailin Fələstindəki işğalının pozulmasına cavab olaraq birinci dərəcəli müdafiə əməliyyatı olub, İsrail hərbi bazaları və mərkəzlərini hədəf alıb".
Bedran sionist rejimin HƏMAS-ın “İsrail mülki vətəndaşlarını öldürdüyü” barədə iddialarını təkzib edib və deyib:
"Dinimiz bizə mülki şəxslərə toxunmağı və hədəf almağı qadağan edir. HƏMAS döyüşçüləri Qassam Briqadaları komandiri Əbu Xalid Dayfın videolarında izah etdiyi kimi mülki şəxslərə toxunulmamalı olduğu məsləhətinə əməl ediblər".
Bedran həmçinin İslam və Ərəb dünyasını ayaqda olan Fələstin xalqının yanında olmağa çağırıb.