HƏMAS: Ənsarullahın dəstəyini yüksək qiymətləndiririk!

HƏMAS: Ənsarullahın dəstəyini yüksək qiymətləndiririk!

“Biz bütün gücləri bu soyqırımına son qoymaq üçün cəsarətli və prinsipial mövqe tutmağa çağırırıq”.

Az.rasthaber.org xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk açıqlamasında HƏMAS-ın Ənsarullahın Fələstin xalqına verdiyi dəstəyi və Qəzza zolağında müharibəni bitirmək üçün göstərdiyi bütün səyləri yüksək qiymətləndirdiyini bildirib və deyib:

“Biz bütün gücləri bu soyqırımına son qoymaq üçün cəsarətli və prinsipial mövqe tutmağa çağırırıq”.

Musa Əbu Məzruk həmçinin bildirib ki, HƏMAS hərəkatı israilli məhbusları saxlamaq istəmir və yeni məhbus mübadiləsi sazişi axtarır.

“Sonda İsrail razılaşmalı olacaq, çünki 100 gündən artıq davam edən müharibədə heç bir əsiri zorla geri ala bilməyib”, - deyə Marzuk bildirib.

Xəbəri paylaş

VİDEOLAR