HƏMAS: Müqavimət Qəzzanı ağıllı şəkildə dəstəkləyir

HƏMAS: Müqavimət Qəzzanı ağıllı şəkildə dəstəkləyir

HƏMAS hərəkatının liderlərindən biri olan Usamə Həmdan bazar günü gecə verdiyi açıqlamada müqavimət oxunun Qəzzanı ağıllı şəkildə dəstəklədiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Üsamə Həmdan bu açıqlamaları verib: “Livan və İraqdakı müqavimətin Qəzzaya dəstəkdə effektivlik modeli müdrikdir və getdikcə yüksəlir və artır. Müqavimət oxu koordinasiya olunub və bu ittifaq bu müharibə və gələcək müharibələr üçün vacibdir.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatları İsraillə Vaşinqton arasında münaqişənin məzmunda deyil, formada olduğunu göstərir. Çünki hər ikisi müharibənin davam etməsi ilə razılaşırlar.

Sionist rejimin baş naziri Benyamin Netanyahu xaricdə Həmas liderlərinə sui-qəsd etmək istədiyini bəyan edir və Netanyahu bilməlidir ki, heç bir cinayət və ya qətl cəzasız qalmayacaq.

Netanyahu bunu istəsə də, amerikalılar müharibənin genişlənməsini istəmirlər.

Etdiyimiz ən böyük günah işğalçılarla müqavilə bağlamaq idi, əksinə işğalçılara qarşı birləşmək lazımdır.

Hazırda İsrail küçələrində məhbusların azad edilməməsi və bu məhbuslardan 3-nün bu rejim əsgərlərinin güllələri ilə öldürülməsi səbəbindən qəzəb dalğası yaşanır.

Fələstin müqaviməti aylarla müqavimət göstərə bilər. Bizim münasibətimiz və mövqeyimiz qətidir və hücum və müharibə dayanmayınca danışıqlardan söhbət gedə bilməz”.

Xəbəri paylaş

VİDEOLAR