HƏMAS: Müqavimət düşmən sui-qəsdini qırmağa müvəffəq oldu

HƏMAS: Müqavimət düşmən sui-qəsdini qırmağa müvəffəq oldu

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən olan Usamə Həmdan Qəzza müharibəsi ilə bağlı mühüm açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS lideri Usamə Həmdan deyib:

“Xalqımız İsrailin Qəzzaya qarşı 150 günlük təcavüzü ilə sarsılmaz iradə və qətiyyətlə üzləşib.

Əl-Əqsa tufanı əməliyyatı işğalçının Fələstin məsələsini ləğv etməyə hazırlaşdığı, Amerikanın isə öz maraqlarına uyğun olaraq bölgəni yenidən formalaşdırmağa hazırlaşdığı bir vaxtda baş verdi.

Müqavimət bizə Fələstin məsələsinin bir qurtuluş məsələsi olduğunu xatırlatmağı bacardı və həll prosesindəki qüsurları ortaya qoydu. Qəzza ətrafındakı ölkələri Qəzza zolağının, xüsusən də şimal bölgələrinin aclıqdan məhrum edilməsinə dair sui-qəsdi pozmağa çağırırıq.

İşğalçı İsrail rejimi dünyanın ən alçaq ordularından biridir, Qəzzə müqavimət əsgərləri qarşısında acizdir. Ramazan ayında da düşmənlə mübarizəmizi davam etdirəcəyik və Əqsa tufanı əməliyyatına töhfə vermək millət olaraq borcumuzdur".

Xəbəri paylaş

VİDEOLAR