Həmas: Məscidül-Əqsa müsəlmanlarındır

Həmas: Məscidül-Əqsa müsəlmanlarındır

Qərarla bağlı açıqlamasında, İslami Müqavimət Hərəkatı (Həmas) Məscidül-Əqsanın müsəlmanların olduğunu, onun ləyaqətinin tapdalanmasına və nəyin bahasına olursa olsun yəhudi fanatiklərinin orada Talmud ayinlərini keçirməsinə icazə verməyəcəklərini bildirib.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, HƏMAS dünən məhkəmə qərarının açıqlanmasından sonra verdiyi mətbuat açıqlamasında, işğal rejimi məhkəməsinin Əl-Əqsa məscidinə basqınlar zamanı yəhudi fanatiklərinin Təlmudi ayinlərini orada keçirməsinə icazə verməsinin Həmas-ın qırmızı xəttini keçdiyini bildirib.

HƏMAS bəyanatında belə bir qərarın çox təhlükəli təxribat olduğunu və bundan yarana biləcək bütün nəticələrə görə işğalçı İsrail hökumətinin rəhbərlərinin məsuliyyət daşıyacağını vurğulayıb. İşğalçı rejimin bütün yəhudiləşdirmə planları puça çıxana qədər müqavimətin qətiyyətlə davam edəcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR