HƏMAS liderlərinin həbsi xalqımızı qorxuda bilməz

HƏMAS liderlərinin həbsi xalqımızı qorxuda bilməz

İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Əbdülhəkim Hanini işğalçı İsrail rejiminin həbslər yolu ilə hərəkatın liderlərini və tanınmış şəxslərini hədəfə alması və inzibati həbslərə yenidən başlamasının Fələstin xalqını qorxutmaq və biləklərini bükmək üçün kifayət etməyəcəyini, əksinə, azadlıq və vətənə qayıtmaq üçün xalqın müqavimətə inamını daha da artıracağını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Hanini işğal hökumətinin bu tətbiqlərinin İordan çayının qərb sahili və Qüdsdəki hərəkatın rəhbərliyinə zərbə vurmaq və işğal rejiminin davam edən pozuntuları qarşısında bəzi nüfuzlu şəxsləri tərəfsiz olmağa məcbur etmək üçün həyata keçirilən planlı bir strategiya olduğuna diqqət çəkib.

Hanini, işğalçı qüvvələrin fələstinli gənclərin qətiyyətli müqaviməti qarşısında hiss etdikləri çarəsizlik və məyusluq və əllərində olan son dərəcə məhdud imkanlara baxmayaraq bütün mövqelərə zərbələr endirmələri səbəbindən bu tətbiqlərə əl atdıqlarını bildirib.

Qeyd edək ki, İşğal qüvvələri dünən səhər həyata keçirdikləri basqınlarda, HƏMAS-ın İordan çayının qərb sahilindəki liderlərindən olan Refet Nasifi həbs edib.

Xəbəri paylaş

VİDEOLAR