HƏMAS Kərəm Əbu Səlim Sərhəd Qapısını ƏLƏ KEÇİRDİ

HƏMAS Kərəm Əbu Səlim Sərhəd Qapısını ƏLƏ KEÇİRDİ

HƏMAS İsrailin Kərəm Əbu Səlim Sərhəd Qapısını və onun ətrafındakı Qəzza zolağının cənub-şərq sərhədindəki hərbi məntəqəni ələ keçirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, digər tərəfdən, sionist rejim ordusu F-16 döyüş təyyarələri də daxil olmaqla, hərbi texnikanın müqavimət qruplarının əlinə keçməsinin qarşısını almaq üçün ölkənin cənubundan çıxarmağa başlayıb.

İzzəddin Əl-Qəssam Briqadaları Komandiri Məhəmməd Əd-Dayf Fələstin xalqı, müsəlmanlar və ərəblər qarşısında çıxışında Fələstin xalqının yenidən inqilab etdiyini və dövlət qurma layihəsinə qayıtdığını ifadə edərək deyib:

"Sionist İsrailin pozuntularına qarşı xətt çəkmək qərarına gəldik və sionistlərə qarşı Əl-Əqsa tufanı əməliyyatına başladıq."

Əl-Əqsa tufanının ilk mərhələsində sionist İsrailə doğru təxminən 5 min raket və minaatan atdıqlarını izah edən Dayf, Təl-Əviv rejimi ilə təhlükəsizlik koordinasiyasının sona çatdığını bildirib.

Dayf Əl-Əqsa tufanının sionist rejimin düşündüyü və gözlədiyindən çox böyük olacağını bildirərək, İslam və ərəb dünyasını sionist İsrailin işğalını ləğv etmək üçün birləşməyə və hər kəsi silahlanmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR