14.11.2022 15:49:41
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) İstanbulun mərkəzində törədilən terror aktını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin İslami müqavimət hərəkatı HƏMAS partlayışla bağlı yaydığı bəyanatda Türkiyə dövləti və xalqı ilə həmrəy olduğunu bildirib.
Xatırladaq ki, dünən günorta saatlarında İstanbulun Taksim küçəsində baş verən partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb.