HƏMAS: İsraillə əsirlərin mübadiləsi məsələsində irəliləyiş yoxdur

HƏMAS: İsraillə əsirlərin mübadiləsi məsələsində irəliləyiş yoxdur

Əsirlərin mübadiləsinə dair İsrail rejimi ilə razılığın əldə edilməsində irəliləyiş yoxdur.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Zahir Cəbbarin bildirib.

O, sionist KİV-lərinin tərəflər arasında əsirlərin dəyişdirilməsi məsələsində irəliləyişin olması barədə iddialarını təkzib edib.

Cəbbarinin sözlərinə görə, tərəqqi hələ də yoxdur, çünki işğalçı rejim bu istiqamətdə heç bir ciddi addım atmır.

HƏMAS rəsmisi deyib ki, İsrail rejimi KİV-lərdə yayılan bu cür məlumatlarla yəhudi əsirlərin ailələri tərəfindən rejimə olan təzyiqin qarşısını almağa çalışır.

Xəbəri paylaş

VİDEOLAR