HƏMAS İsraillə əsirlərin dəyişdirilməsi şərtini açıqladı

HƏMAS İsraillə əsirlərin dəyişdirilməsi şərtini açıqladı

HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim açıqlama verdi

Rasthaber eastnews-a istinadən verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim İsrail rejimi ilə əsirlərin dəyişdirilməsi məsələsi barəsində açıqlama verib.  

Hazim Qasim açıqlamasında bildirib ki, İsrail danışıqlar aparmasa, əsirlərin dəyişdirilməsi mümkün olmayacaq.  

"Dolayı yollarla danışıqlar aparılaraq, razılaşma olmasa, əsirlərin dəyişdirilməsindən söhbət gedə bilməz. Bu bizim qəti mövqeyimizdir", - deyə Hazim Qasim diqqətə çatdırıb.  

O qeyd edib ki, HƏMAS hərəkatı saxladığı İsrail ordusu əsirləri ilə beynəlxalq qaydalara uyğun olaraq davranır. 

Xəbəri paylaş

VİDEOLAR