HƏMAS İsrailin Qəzza zolağına hücumlarından sonra cavab verəcəyi ilə hədələyib.
Rasthaber Azərbaycan eastnews.org-a istinadən xəbər verir ki, HƏMAS İsrailin Qəzza zolağına hücumlarından sonra cavab verəcəyi ilə hədələyib.
HƏMAS sözçüsü Fəvzi Bərhum yazılı açıqlamasında "İşğalçı İsrailin müqavimət mövqelərini bombardman etməsi "Qüds Qılınc" əməliyyatı ilə pis vəziyyətdə olan əsgər və komandirlərinin mənəvi vəziyyətini bərpa etmək üçün yeni hökumətin göstərdiyi bir şoudur", - söyləyib.
Bərhum "İsrailin Fələstin xalqını və müqaviməti hədəf seçən hər cür axmaqlığına cavab verəcəklərini" bildirib.
Axşam saatlarında İsrail ordusu Qəzzanın şimalındakı Beyt-Lahyə və Xan Yunis qəsəbəsindəki Fələstin müqavimət qruplarının mövqelərinə hava zərbələri endirmişdi.