Həmas Fələstin davası ilə həmrəy olan bütün şəxsləri sionist İsrailin Qəzza zolağına hücumlarını pisləmək üçün genişmiqyaslı nümayişlər keçirməyə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS 29 noyabr “Fələstin Xalqı ilə Milli Həmrəylik Günü” münasibəti ilə yazılı açıqlama yayıb.
Bəyanatda deyilir: “Biz ərəb və İslam ümmətimizi və dünyanın azad xalqlarını sionistlərin hücumlarını, hərbi cinayətləri və soyqırımı pisləmək üçün hər cür kütləvi hərəkatları, tədbirləri və yürüşləri artırmağa, Qəzza zolağı ilə həmrəylik nümayiş etdirməyə çağırırıq. " ifadələrdən istifadə edilmişdir.
Bəyanatda İsrailin cinayətlərini rədd etmək və onları dayandırmaq üçün təzyiq tələb edilib və bütün paytaxtlarda və böyük şəhərlərdə nümayişlərin keçirilməsi çağırışı edilib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qəbul etdiyi qərarla 1978-ci ildən etibarən hər il noyabrın 29-u “Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü” kimi qeyd edilir.