HƏMAS: İsrail tərəfindən tutulan fələstinlilərin işgəncə ilə öldürülməsi müharibə cinayətidir

HƏMAS: İsrail tərəfindən tutulan fələstinlilərin işgəncə ilə öldürülməsi müharibə cinayətidir

HƏMAS sionist İsrail qüvvələrinin sorğu-sual mərkəzlərində saxladığı fələstinlilərin şəhadəti ilə bağlı yazılı açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, məlumatda bildirilib:

“İsrail mediasının Qəzzada saxlanılan 27 fələstinlinin işgəncə, pis rəftar və ən elementar hüquqlardan məhrum edilərək öldürüldüyünü təsdiqləməsi məhbus fələstinlilərin İsrail həbsxanalarını işğal edərkən məruz qaldıqları cinayətlərin, pozuntuların və vəhşiliyin miqyasının bir daha sübutudur".

İsrail cinayətlərinin araşdırılmasına çağırılan bəyanatda fələstinlilərin işgəncə altında öldürülməsi ilə bağlı bu ifadələr qeyd edilib: “Bu, beynəlxalq insan haqları qurumları tərəfindən araşdırılmalı olan hərbi cinayətdir”. 

Açıqlamada İsrailin həbs etdiyi fələstinlilərin sayını və vəziyyətlərini bilərəkdən gizli saxladığı və məlumat verməkdən çəkindiyi vurğulanıb.

Beynəlxalq Qızıl Xaç Komitəsindən həbsdə olan fələstinlilərin sayı və vəziyyəti barədə məlumat əldə etmək üçün hüquqi və humanitar rolunu yerinə yetirməsi tələb olunub.

Sionist İsrailin “Haaretz” qəzeti oktyabrın 7-dən İsrailin nəzarətində saxlanılan qəzzalılardan 27-nin hərbi obyektlərdə dünyasını dəyişdiyini, onların bir çoxunun döyülmə, pis rəftar və təzyiqlərə məruz qaldığını yazıb.

Xəbəri paylaş

VİDEOLAR