HƏMAS-ın sözçüsü Məhəmməd Hammade verdiyi yazılı açıqlamada sionist rejim qüvvələrinin Məscidül-Əqsada cümə namazı qılmağa gələnlərə hücumunu pisləyib.
Həmmadə bəyanatında sionist rejimin bu hücumlara görə ağır bədəl ödəyəcəyini bildirib.
Həmas sözçüsü deyib: “Fələstin xalqı Məscidül-Əqsada ibadət edənlərə bu faşist hücumunun əvəzini İsrailə ödəyəcək və buna ibrət dərsi verəcək.",
Sionist rejim qüvvələri işğal altındakı Şərqi Qüdsdə cümə namazı qılmaq üçün Məscidül-Əqsaya gələnlərə hücum edib. İşğal qüvvələri namaza gələnlərə qarşı da gözyaşardıcı qazdan istifadə edib və onlarla insan qazdan zərər çəkib.