HƏMAS bəyan edib ki, sionist İsrailin işğal altındakı İordan çayının qərb sahilinə davamlı hücumları onun “məcburi köç, ilhaq və məskunlaşmanın genişləndirilməsi planlarını” həyata keçirməkdə uğur qazana bilməyəcək.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın verdiyi açıqlamada bildirilib:
"İşğalçı İsrailin İordan çayının qərb sahilindəki şəhərlərində davam edən əməliyyatları və davam edən hücumları onun şər ambisiyalarını və İordan çayının qərb sahilində məcburi köç, ilhaq və məskunlaşmaları genişləndirmək planlarını həyata keçirə bilməyəcək. Xalqımız öz müqaviməti və qətiyyəti ilə bu sui-qəsdləri məğlub edəcək".
Bəyanatda həmçinin İordan çayının qərb sahilindəki fələstinliləri “işğala qarşı müqaviməti artırmağa və işğalçıları nəyin bahasına olursa olsun təhlükəsizlik və sabitlikdən məhrum etməyə” çağırıb.