HƏMAS: İsrail ilə müharibənin vaxtını müqavimət təyin edəcək

HƏMAS: İsrail ilə müharibənin vaxtını müqavimət təyin edəcək

HƏMAS-ın Ərəb və İslam Dünyası Əlaqələri İdarəsinin rəhbəri Xəlil Əl-Hayyə bildirib ki, işğalçı rejimlə müharibənin vaxtını müqavimət təyin edəcək.

Az.rasthaber.com xəbər verir ki, Xəlil Əl-Hayyə işğal rejimi ilə müharibənin vaxtını, necə başlayıb necə bitəcəyini təyin edəcək tərəfin məhz Fələstin müqaviməti olduğunu və müqavimətin işğala görə hərəkət etməyəcəyini bildirib.

O, işğalçı rejimin, Qüdsü yəhudiləşdirməyə, onun sakinlərini evakuasiya etməyə, Məscidül-Əqsanı müdafiə edən hər kəsi ölkədən çıxarmağa və qovmağa həddindən artıq diqqət ayırdığını və buranı tamamilə yəhudi köçkünlər üçün bağlamağı və yaşayış məhəllələrini genişləndirməyi planlaşdırdığını vurğulayıb.

Qüds və Məscidül-Əqsanın fələstinlilərin paytaxtları olduğunu bildirən Hayye, orada paylaşmağı və oraya edilən hücumları qəbul etməyəcəklərini vurğulayaraq, bütün İslam ümmətindən bu yerləri qorumaq üçün hər vasitə ilə hərəkətə keçmələrini istəyib.

Hayyə ərəb və İslam dünyasını Qüds və Məscidül-Əqsanı qorumaq və İsrail rejimini tək qoymaq üçün hər vasitə ilə hərəkətə keçməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR