“İordan çayının qərb sahilində işğalçılara və məskunlaşanlara qarşı əməliyyat işğalçıların torpaqlarımızda heç bir təhlükəsizliyinin olmadığına dair açıq mesaj verir”, - HƏMAS hərəkatının sözçüsü bildirib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS hərəkatının sözçüsü deyib:
"İordan çayının qərb sahilində işğalçılara və məskunlaşanlara qarşı aparılan əməliyyat işğalçıların torpaqlarımızda təhlükəsizliyinin olmadığına dair açıq mesaj verir.
İşğalçılar törətdikləri bütün cinayətlərə və qətllərə baxmayaraq bu əməliyyatları dayandıra bilməyəcəklər.".
Həmas sözçüsü həmçinin bildirib ki, İordan çayının qərb sahilində müqavimət əməliyyatlarının artması müqavimətin mövcudluğu və təsirinin artdığını göstərir.