11.03.2021 10:51:01
HƏMAS-ın Qəzzadakı siyasi bürosunun sədrinin seçilməsi üçün daxili seçkilər bitib.
Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS-ın Qəzzadakı siyasi bürosunun sədrinin seçilməsi üçün daxili seçkilər bitib.
Məlumata görə, HƏMAS-ın Qəzzadakı siyasi büro sədri Yəhya əs-Sənvar daha 4 il bu postda olacaq.
Yəhya əs-Sənvar HƏMAS-ın digər siyasətçilərindən Nazar Avazullahla bu posta namizəd olmuş, lakin seçki nəticələrinə görə, daxili seçkilərdə qələbə qazanmışdır.
HƏMAS lideri İsmayıl Haniyə Yəhya əs-Sənvarın qələbəsini elan edərək, təşkilatının öz xəttinə sadiq olduğunu bildirib.
Seçkilər iki gün əvvəl 3 turla keçirilib.
Yəhya əs-Sənvar 1962-ci ildə Asalan şəhərində dünyaya gəlib, HƏMAS-ın təhlükəsizlik və hərbi qurumlarının qurucularından sayılır. İsrail həbsxanalarında uzun illər həbsdə olub, 2011-ci ildə əsirlərin dəyişdirilməsi zamanı azad olunub.