HƏMAS-ın nümayəndə heyəti 10 ildən sonra yenidən Dəməşqə qayıdıb

HƏMAS-ın nümayəndə heyəti 10 ildən sonra yenidən Dəməşqə qayıdıb

Suriya daxili müharibəsində müxalifətə dəstək çıxışları ilə yadda qalan HƏMAS 10 ildən sonra nümayəndələrini Dəməşqə göndərir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə HƏMAS rəsmiləri məlumat veriblər.

Fələstinin İslami Muqavimət Hərəkatıının sözçüsü Hazim Qasim tvitter səhifəsində yazıb ki, “hərəkatın Ərəb və İslam Əlaqələri İdarəsinin rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti çərşənbə günü Fələstin fraksiyalarının aparıcı nümayəndə heyətinin tərkibində Dəməşqə səfər edəcək”.

Səfərdə, 2012-ci ildə hərəkatın Dəməşqi tərk etməsinə səbəb olan fikir ayrılıqları və Suriya rəhbərliyi ilə əlaqələrin möhkəmləndirilməsi müzakirə ediləcək.

Qeyd edilir ki, bundan öncəki hazırlıq görüşləri Hizbullah hərəkatının vasitəçiliyi ilə baş tutub.

Xəbəri paylaş

VİDEOLAR