12.05.2021 10:04:57
İsrail hücumlarına cavab olaraq HƏMAS hərəkatı Tel-Əvivi iki dəfə raketlə vurub
İsrailin Qəzza və Qüdsdə hücumlarına cavab olaraq HƏMAS hərəkatı Tel-Əvivi iki dəfə raketlə vurub.
Rasthaber Azərbaycan xəbər verir ki, birinci cavab zərbələri dünən axşam saatlarında digər hücum isə gecə saatlarında baş verib.
"İzzəddin Əl Qəssam" raket hücumları zamanı Tel-Əviv və Ben Gurion hava limanına ümumilikdə 110 raket atıldığını bildirib.